"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə “Gənclər Günü” qeyd edilib

--2018-02-02 / 10:08

Binəqədi Rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi, Rayon Gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyi və 6 â„–li Uşaq Gənclərin inkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “2 Fevral Gənclər Günü” qeyd edilmişdir. Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, Bakı şəhər Gənclər və idman Baş idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev,  Binəqədi rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, Binəqədi rayonunun fəal gəncləri, 9-cu və 10-cu qrup ASAN Xidmət könüllüləri iştirak etmişdirlər. ilk öncə tədbirin aparıcıları 2 Fevral Gənclər Günü ilə bağlı geniş məlumat veriblər Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Çıxış edən ASAN Xidmətin insan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev Gənclər Günü münasibətilə gəncləri təbrik etdi və gənclərin kökünə, əcdadına bağlı milli- mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz güc olduğunu söylədi. Daha sonra natiq bu gün dövlətimizin gənclərin gücünə inandığını və bütün sahələrində həmin gücdən istifadə edildiyini dedi.  Natiq çıxışında Ulu Öndər Heydər əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq dövlət gənclər siyasətinin uğurları haqqında geniş məlumat verdi.

Sonra çıxış edən Bakı şəhər Gənclər və idman Baş idarəsinin rəisi Raqif Abbasov 2 Fevral Azərbaycan Gənclər Günü”nün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırmışdır. Natiq ölkə başçısı tərəfindən dövlət gənclər siyasətinə qiymət verildiyini vurğulamış və bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirmişdir.

 Sonda çıxış edən Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov Prezident ilham əliyevin ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi olaraq bu gün Azərbaycan gəncliyinin, sözün əsil mənasında, tam müstəqil olduğunu  və bu müstəqilliyə inandığını dedi. Modernləşmə xəttinin lideri olan Prezident ilham əliyev tərəfindən təhsilli və müasir dayaqlara söykənən Azərbaycan gəncliyinin üzərində qurulmuş siyasi tempin ölkəmizin daha da inkişaf etməsinə zəmin yaradacağını söylədi . Natiq böyük tribunalarda, siyasi arenalarda, beynelxalq tədbirlərdə Azərbaycan gənclərinə inanıldığını və bu qarşılıqlı harmoniyanın qüdrətli, müasir, güclü Azərbaycanın inkişafında böyük əhəmiyyətinin olduğunu söylədi. RiH başçısı gənclərə son 14 ildə ölkə başçısının rəhbərliyi altında dövlətimizin imza atdığı uğurlar barəsində də geniş məlumat verdi

Çıxışlardan sonra Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edildi.

Rəsmi hissə bitdikdən sonra gənclər tərəfindən bayram tortu kəsildi. Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam edib.

Belediyye.info

     

ŞƏRHLƏR